Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Abşeronda “Mercedes”, Goranboyda 4 otaqlı ev yandı

Respublika ərazisində bir neçə yanğın hadisəsi qeydə alınıb.

Yenicag.az FHN-in saytına istinadən xəbər verir ki, Abşeron rayonunda “Mercedes” markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Beyləqan rayonunun Yuxarı Çəmənli kəndində “KamAZ” markalı yük avtomobilinin qoşqusunun təkərləri və qoşquya yığılmış 9 ton ot bağlamasının 7 tonu yanıb. Qoşqunun qalan hissəsi və yük avtomobili yanğından mühafizə olunub.

Kürdəmir rayonunun Topalhəsənli kəndində “KamAz” markalı yük avtomobilinin yanar hissələri, banına yığılmış 1,5 ton ot bağlamasının 1 tonu və kol-kosdan ibarət hasar 35 p.m sahədə yanıb. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

Ağcabədi rayonunda ümumi sahəsi 150 m² olan talvarın lambirdən ibarət tavanı, altında dayanmış “VAZ” markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları və salonu yanıb. Avtomobilin və talvarın qalan hissəsi yanğından mühafizə olunub.

Goranboy rayonunun Todan kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Evə bitişik ümumi sahəsi 40 m² olan köməkçi tikili yanğından mühafizə olunub.

www.yenicag.az

1068
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100