32 yaşlı qadın 5-ci mərtəbədən yıxılaraq öldü

Abşeron rayonunda qadın 5-ci mərtəbədən yıxılaraq ölüb.

Yenicag.az xəbər verir ki, Masazır qəsəbəsi, Qurtuluş yaşayış sahəsində yaşayan 32 yaşlı Əhmədliyeva Səkinə Bəxtiyar qızı 5-ci mərtəbədən yıxılıb.

Yaralı xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Faktla bağlı Abşeron rayon prokurorluğunda cinayət işi başlanıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

COP29