!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Abşeronda qanlı hadisə

!Reklam – Yazi

Abşeron rayonunda qanlı hadisə baş verib.

Yenicag.az xəbər verir ki, hadisə Goradil qəsəbəsində qeydə alınıb. 25 yaşlı Əhədov Fərid Balağa oğlunun tanışları ilə mübahisəsi düşüb.

Mübahisəyə aydınlıq gətirmək üçün 4 nəfər Fərid Əhədovun avtomobilə əyləşdirərək naməlum istiqamətdə aparıblar. Həmin şəxslər orada Fərid Əhədovu döyərək ona çox saylı xəsarətlər yetiriblər. Daha sonra isə avtomobillə yaralı Fərid Əhədovu yaşadığı evin qarşısında düşürüblər. Fərid Əhədov ailə üzvlərinin çağırdığı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya gətirilib. Ona tibbi yardım göstərilib. Həyatı üçün olan təhlükə aradan qaldırılıb.

Hadisə barədə polisə məlumat verilib.

Araşdırmalar aparılır.

Yenicag.az

www.yenicag.az

926
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv