Abşeron rayonunda dava zamanı bir nəfər xəsarət alıb.
Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə Mazasır qəsəbəsində baş verib.
Belə ki, 1974-cü il təvəllüdlü Hümbətov Rövşən İmran oğlu qardaşı Ruslan Hümbətovla yaşadığı evdə mübahisə edib.
Mübahisə hər iki tərəfin bir-biri ilə əlbəyaxa davası ilə nəticələnib. Dava zamanı R.Hümbətov qardaşının başına bel ilə zərbə vurub. Nəticədə Ruslan Hümbətov açıq kəllə-beyin travması alıb.
Yaralı 1 saylı Kliniki Tİbbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən Rövşən Hümbətovu saxlayıb.
Fakt araşdırılır.