Abşeronda qazanxana yandı

Abşeron rayonunda ümumi sahəsi 124 m² olan qazanxanada yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Yenicag.az-a verilən məlumata əsasən, ümumi sahəsi 124 m² olan qazanxananın yanar konstruksiyaları 40 m² sahədə yanıb. Qazanxananın qalan hissəsi və yaxınlıqdakı istixana yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb