!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Abşerondakı partlayışda xəsarət alan 3 nəfərin vəziyyəti ağırdır

!Reklam – Yazi

Explosion_2511081476951580Abşeron rayonunun Hökməli qəsəbəsində yaşayış evində baş vermiş partlayış nəticəsində xəsarət alan 3 nəfərin vəziyyəti ağırdır.

Bu barədə Trend-ə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirilməsi İnstitutunun Plastik və Konstruktiv Cərrahiyyə Klinikasının Yanıq şöbəsinin müdiri Şöhrət Məmmədov məlumat verib.
Şöbə müdiri bildirib ki, yaralılar hazırda reanimasiya şöbəsindədir:

“Oktyabrın 21-də səhər saat 7 radələrində Hökməli qəsəbəsindəki partlayışla bağlı 3 nəfər – 1972-ci il təvəllüdlü Müşfiq Qurbanov, 1972-ci il təvəllüdlü Şəbruz Novruzova və 2004-cü il təvəllüdlü Leyla Qurbanlı ağır dərəcəli yanıq xəsarətləri ilə şöbəyə daxil olublar. Hazırda hər üçünün vəziyyəti ağırdır. Müşfiq Qurbanovun bədəninin 80 faizi, Şəbruz Novruzovanın bədəninin 80 faizi, Leyla Qurbanlının bədəninin isə 40 faizi yanıb. Hazırda xəstələrə lazım olan bütün tibbi yardımlar edilir”.

www.yenicag.az

512
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv