Abşeronun bir hissəsində su olmayacaq

Abşeronun bəzi qəsəbələrində su olmayacaq.

“Azərsu” ASC-dən Yenicag.az-a verilən məlumata görə, magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması işlərinin aparılması ilə əlaqədar 11 may 2018-ci il tarixində gün ərzində Mehdiabad və Digah qəsəbələrinə, həmçinin Mehdiabad qəsəbəsindəki məcburi köçkün yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

COP29