Rusiya prezidenti Vladimir Putin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfər edib.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Putinin şərəfinə BƏƏ-nin paytaxtı Abu-Dabi səması Rusiya bayrağının rənglərinə boyanıb.
Məlumata görə, Rusiya prezidentini hava limanında BƏƏ-nin xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan qarşılayıb.
Qarşılanma mərasimində Putinin şərəfinə fəxri qarovul dəstəsi də düzülüb.
Rusiya prezidenti BƏƏ-dən sonra Səudiyyə Ərəbistanına yollanacaq.