Abunəçilər “Azercell”in internet xidmətlərindən şikayət edir

Bakı şəhərinin bəzi ərazilərində “Azercell” şirkətinin göstərdiyi internet xidmətlərində yaranan problemlər hələ də davam edir.

Yenicag.az xəbər verir ki, problemlə bağlı şikayətlərin əksəriyyəti Xətai rayonundandır.

Abunəçilərin “Report”a bildirdiyinə görə, hələ noyabr ayında problemlə bağlı şirkətə müraciət olunsa da, problem həllini tapmayıb.

Abunəçilər bildirirlər ki, 3G və 4G paketləri aktiv olunduğu halda faktiki internet sürəti xeyli aşağıdır: “3G və 4G sürətli paketlər ümumiyyətlə açılmır, həmin trafikə görə pul ödənilsə də “EDGE” şəbəkəsində xidmət olunur”.

Şirkət isə məsələ ilə bağlı sorğuya hələ də cavab verməyib.

COP29