!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Abxaziya Rusiyaya heç də lazım deyil, ancaq..." – Politoloq

!Reklam – Yazi

Rusiya Xarici işlər Nazirliyi internet səhifəsində nazir Sergey Lavrovun 18-19 aprel tarixlərində qondarma Abxaziya respublikasına işgüzar səfər edəcəyi haqda məlumat yaymışdı. Səfər çərçivəsində S.Lavrov qondarma Abxaziya respublikasında Rusiya səfirliyi binasının açılışında iştirak edib. O, həmçinin qondarma rejimin lideri Raul Xajimba, qondarma “parlament”in sədri Valeriy Kvarçiya, qondarma respublikanın “xarici işlər naziri” Daur Kove ilə görüşlər keçirib. Görüşlər zamanı Rusiya ilə qondarma rejim arasında “xarici siyasi əməkdaşlığın” koordinasiyası və qondarma respublikanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

Sergey Lavrovun baş tutan səfərini Yeniçağ.az-a şərh edən millət vəkili Fazil Mustafa bildirib ki, ümumiyyətlə, Abxaziyanı bir dövlət kimi tanıyan beynəlxalq quruluş və dövlətlər yoxdur:

“S.Lavrov Gürcüstana jest olaraq belə bir addım atıb. O, Abxaziyaya səfəri ilə Gürcüstanla münasibətlərin bu cür də davam edəcəyini göstərib. Gürcüstana münasibət necə mənfidirsə, eyni ilə Cənubi Asetiyaya qarşı da elədir. Rusiya bu addımı ilə başqa ölkələrə də mesaj verir ki, “biz beynəlxalq hüquq normalarını tanımırıq”. Rusiya dərk etmir ki, bu, əvvəl-axır onun özü üçün problemə çevriləcək. Beynəlxalq hüquq normalarını tanımamaq sabah Rusiyanın da müəyyən hüquqlarının tanınmamasına gətirib çıxarır. Bu, təxribatçı və provokasyon addımlardır, Ermənistanın atdığı addımlarla eynidir. Elə bil, Sərkisyan gəlib Qarabağda parad və ya hər hansısa tədbir keçirir. Lavrovun da bu səfəri təqribən eyni qayda və üslubdur. Biz də gələcəkdə Dağlıq Qarabağda bu kimi məsələlərin tətbiq olunmaması üçün buna qarşı öz mövqeyimizi sərtləşdirməliyik. Hər halda beynəlxalq hüquq normalarına zidd addım kimi qiymətləndirilməlidir. Gürcüstanın ərazi bütövlüyünü bərpa etməsi isə beynəlxalq hüquqdan, Amerikanın mövqeyindən, xalqdan və bir çox faktorlardan asılıdır. Çünki Gürcüstan ərazi bütövlüyünü bərpa etmək üçün böyük imkanlara malik deyil. Hər halda Rusiyanı beynəlxalq hüquqa qaytarmasalar hələ ki, bu proses davam edəcək”.

Politoloq Fikrət Sadıqovun sözlərinə görə, Abxaziya Dağlıq Qarabağ və Cənubi Asetiya kimi separatçı bir rejimdir:

“Rusiya Xarici İşlər naziri Sergey Lavrov Abxaziyaya səfər etməsi ilə oranı dəstəklədiyini göstərdi. Rusiya Abxaziyadan imtina etməyəcək və artıq onu bir dövlət kimi tanıyır. Moskva rəsmi Tiflislə münasibətləri yaxınlaşdırarsa, ola bilsin ki, Rusiya-Abxaziya münasibətləri də müəyyən səviyyədə bərpa olunsun. Sergey Lavrovun qondarma respublikaya səfəri təbii ki, geosiyasi hadisələrin fonunda baş verir. Rusiya hesab edir ki, əgər Gürcüstan əməkdaşlıq etmirsə və yaxın diplomatik münasibətləri yoxdursa, demək, Abxaziyadan istifadə etmək və hərbi-siyasi amili gücləndirmək mümkündür. Çünki abxazlar ruslara heç də lazım deyil. Söhbət yalnız ərazinin Rusiya tərəfindən istifadə edilməsindən gedir. Demək olar ki, onların da vəziyyəti eynən bizim kimidir və həmin mənzərə yaranıb. İnanmıram ki, yaxın gələcəkdə vəziyyət kordinal, radikal şəkildə dəyişilsin. Biz Gürcüstanın ərazi bütövlüyünü tanıyırıq. Həmçinin biz də öz ərazimizi elə qorumalıyıq ki, Dağlıq Qarabağa heç bir dövlətin yüksək səviyyəli rəsmiləri səfər etməsin”.

Gülnarə Eynullaqızı
Yeniçağ.az

www.yenicag.az

855
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv