!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

AÇ-2016: 1/8 finala çıxacaq bütün komandalar bəlli olur

!Reklam – Yazi

futbol_topu_0003Bu gün Avropa çempionatında qrup mərhələsinin son oyunları keçiriləcək.

Yenicag.az apasport.az-a istinadən xəbər verir ki, E və F qrupundakı qarşılaşmalardan sonra 1/8 finala çıxacaq bütün komandaların adına aydınlıq gələcək.

İlk olaraq F qrupunda İslandiya Avstriya, Macarıstan isə Portuqaliya ilə oynayacaq. Bütün komandaların şanslarının davam etdiyi son tur öncəsi 1/8 finala çıxmaq istəyən komanda mütləq qələbə qazanmalıdır. Hətta 1 xalla qrup sonuncusu olan Avstriya yığması da qələbə sayəsində ən yaxşı 3-cülərdən biri olacaq.

E qrupunda isə vəziyyət nisbətən daha aydındır. Belə ki, İtaliya millisi artıq 1/8 finalı və qrup liderliyini təmin edib. İkincilik uğrunda isə mübarizə İsveç və Belçika milliləri arasında gedəcək. Zlatan İbrahimoviç və dostlarını ancaq qələbə qane edir, belçikalılar isə bərabərliklə də turu keçəcəklər.

Digər oyunda isə iddiasız İtaliya qarşısında qələbə İrlandiyanı ən yaxşı 3-cülərdən biri edə bilər.

Avropa çempionatı – 2016
22 iyun

F qrupu
20:00. İslandiya – Avstriya
Baş hakim: Şimon Marçinyak
Yan xətt hakimləri: Pavel Sokolniçki, Tomaş Listkieviç
Əlavə köməkçi hakimlər: Pavel Raçkovski, Tomaş Musial (hamısı Polşa)
Dördüncü hakim: Mark Klattenburq (İngiltərə)
Sen-Deni. “Stad de Frans”

20:00. Macarıstan – Portuqaliya
Baş hakim: Martin Atkinson
Yan xətt hakimləri: Maykl Mellerki, Stefen Kild
Əlavə köməkçi hakimlər: Maykl Oliver, Kreyq Pouson (hamısı İngiltərə)
Dördüncü hakim: Aleksey Kulbakov (Belarus)
Lion. Şəhər stadionu

1.

Macarıstan

2

1

1

0

3-1

4

2.

İslandiya

2

0

2

0

2-2

2

3.

Portuqaliya

2

0

2

0

1-1

2

4.

Avstriya

2

0

1

1

0-2

1

E qrupu

23:00. İtaliya – İrlandiya

Baş hakim: Ovidiu Hateqan

Yan xətt hakimləri: Oktavian Șovre, Sebastian George

Əlavə köməkçi hakimlər: Aleksandru Tudor, Sebastian Kolţesku (hamısı Rumıniya)

Dördüncü hakim: Tasos Sidiropulos (Yunanıstan)

Lill. “Pyerr Morua” stadionu

23:00. İsveç – Belçika

Baş hakim: Feliks Brix

Yan xətt hakimləri: Mark Borş, Stefan Lupp

Əlavə köməkçi hakimlər: Bastian Dankert, Marko Frits (hamısı Almaniya)

Dördüncü hakim: Matey Yuq (Sloveniya)

Nitsa. Şəhər stadionu

1.

İtaliya

2

2

0

0

3-0

6

2.

Belçika

2

1

0

1

3-2

3

3.

İsveç

2

0

1

1

1-2

1

4.

İrlandiya

2

0

1

1

1-4

1

 

www.yenicag.az

467
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv