Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

“AccessBank”da yeni təyinatlar

“AccessBank” yeni struktur dəyişikliyini elan edib.

Yenicag.az xəbər verir ki, Elşən Pirmalıyev və Natia Beria baş direktor vəzifəsinə təyin olunublar.

Elşən Pirmalıyev bu vaxtadək Biznes və Pərakəndə Müştərilər üzrə icraçı direktor vəzifəsini tutub. Natia Beria isə “AccessBank” komandasına baş bankir kimi fəaliyyət göstərdiyi “Inspiring Development GmbH” şirkətindən qoşulub və bunadək “AccessBank”da baş direktor vəzifəsi olmayıb.

Bununla yanaşı, Vaqif Babayev bankın Kiçik və Orta Biznes Müştəriləri, Günay Cəlilova Korporativ Bankçılıq və Marketinq, Fəridə Pirverdiyeva Maliyyə və Beynəlxalq əlaqələr, Səbuhi Süleymanlı isə Maliyyə Restrukturizasiyası və Kreditlərin Bərpası üzrə icraçı direktor təyin olunublar. Bu təyinatadək Vaqif Babayev və Səbuhi Süleymanlı eyniadlı departamentlərin direktoru vəzifələrində çalışıblar./ONA/

www.yenicag.az

5923