Acı xəbər: Türk əsgəri şəhid oldu

Türkiyənin Qars vilayətində hərbi avtomobilin aşması nəticəsində bir jandarma zabiti şəhid olub.

Yenicag.az xəbər verir ki, 30 yaşlı jandarma zabiti Egemən Öztürkün şəhid olduğu hadisədə biri vəkil olmaqla 3 vətəndaş da həlak olub.

Türkiyə mediasının xəbərinə görə, şəhid Öztürkün özündən sonra 7 aylıq övladı yadigar qalıb.