Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Ahmet Arslan Bakı-Tiflis-Qars dəmiryolu xəttinin oktyabrın 30-da rəsmən açılacağını təsdiqləyib.
Yenicag.az xəbər verir ki, o, bu xətlə ilk rəsmi səfərin Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə gerçəkləşəcəyini bəyan edib. Belə ki, İlham Əliyevlə Rəcəb Tayyip Ərdoğan həmin gün rəsmi açılışı etdikdən sonra ilk qatar Bakıdan Qarsa səfər edəcək. Açılış mərasimində Gürcüstan nümayəndələri də yer alacaq.