!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Açılmayan quru sərhədlər: "Bu istiqamətdə yumşaldıcı addımların atılması...” - Millət vəkili

!Reklam – Yazi

“Son dövrlərdə bir çox dövlətlər vəziyyətin sabitləşməyə doğru getdiyini nəzərə alaraq quru sərhədlərini açmağa başlayıblar”.

Bu fikirləri ötən ildən qapadılan ölkənin quru sərhədlərinin açılması ehtimalını dəyərləndirən Milli Məclisin deputatı Aydın Hüseynov Yenicag.az-a açıqlamasında deyib.

Millət vəkilinin fikrincə, yaxın müddətdə bu yöndə yumşaldıcı addımların atılması istisna deyil:

“Bildiyiniz kimi, Azərbaycan da daxil olmaqla, dünya ölkələrinin əksəriyyəti COVID-19 pandemiyası ilə əlaqədar öz quru sərhədlərini bağlamaq qərarı vermişdilər. Burada əsas məqsəd infeksiyanın yayılmasının qarşısını almaq və bəşəriyyəti təhdid edən qorxunc təhlükənin aradan qaldırılması idi.

Ancaq son dövrlərdə bir çox dövlətlər vəziyyətin sabitləşməyə doğru getdiyini nəzərə alaraq quru sərhədlərini açmağa başlayıblar. Hesab edirəm ki, Azərbaycan da bu sırada istisna təşkil etməyəcək. O baxımdan fikrimcə, hökumət bu istiqamətdə yumşaldıcı addımlar ata bilər”.

A.Zeynalov

www.yenicag.az

395
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv