Açıq geyimlə işə gedən gənc qadın evə göndərildi – FOTO

Marie Dee adlı qadının başına gələn hadisə sosial şəbəkədə müzakirələrə səbəb olub.
Yenicag.az xəbər verir ki, belə ki, gənc qadın dekolteli paltara üstünlük verməsindən sonra işə getdiyini bildirib.
Lakin iş yerinə girəndə gözləmədiyi münasibətlə qarşılaşıb. İş yerində ona çox diqqət çəkdiyi deyildikdən sonra evə göndərilib.
Yaşadığı hadisəni sosial mediada paylaşan gənc qadın istifadəçilər tərəfindən isə dəstəklənib. Qadının geyiminin normal olduğunu deyərək ondan üzr istənilməli olduğunu qeyd ediblər.