“Biz Rusiyanın öz qoşunlarını Xersondan geri çəkməsinə dair mövqeyini diqqətdə saxlayırıq”.
Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, bu fikirləri İtaliyaya səfəri zamanı Rusiyanın işğal etdiyi Ukraynanın Xerson şəhərini boşaltmaqla bağlı bəyan etdiyi mövqeni dəyərləndirən NATO-nun Baş katibi Yens Stoltenberq deyib.
Onun sözlərinə görə, bu qərar Rusiyanın üzərində çox böyük təzyiq olduğunun daha bir göstəricisidir:
“Ukrayna ordusu Rusiya qüvvələrini geri sıxışdıraraq işğal altındakı əraziləri azad etməklə öz qabiliyyətini göstərdi.
Biz Rusiyanın öz qoşunlarını Xersondan geri çəkməsinə dair mövqeyini diqqətdə saxlayırıq.
Yaxın günlərdə o ərazidə situasiyanın necə inkişaf edəcəyini, vəziyyətin necə dəyişəcəyini görməliyik.
Lakin açıq görünür ki, Rusiya böyük təzyiq altındadır. Əgər Rusiya Xesondan geri çəkilsə, bu, Ukraynanın növbəti qələbəsi olacaq”.