!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Açıq havada toy məclislərinin keçirilməsinə icazə verilməlidir" - Millət vəkilindən ÇAĞIRIŞ

!Reklam – Yazi

“Hökumət üzvlərinin burada olmasından istifadə edərək insanların bir neçə xahişini çatdırmaq istəyirəm. COVID-19 virusu ilə mübarəzədə ölkəmiz önəmli addımlar atdı, ziyalılar, deputat həmkarlarım bunun təbliğində önəmli rol oynadılar. Amma artıq karantinlə bağlı yumşalmalar oldu. Artıq metrolar, ticarət mərkəzləri açıldı. Bu, teatrlara da şamil olunmalıdır. Bu, sənəd adamlarının və sənətsevərlərin xahişidir”.

Yeniucag.az xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.

Komitə sədri əlavə edib ki, açıq havada insanların toy məclislərinin keçirilməsinə də icazə verilməlidir:

“Artıq 1 il yarımdır ki, insanlar toy edə bilmirlər. Amma müəyyən şərtlərlə, COVID pasportundan istifadə etməklə açıq havada toylara icazə verilə bilər. Bu, insanlarla yanaşı, həm də böyük bir sektorun xahişidir”.

www.yenicag.az

469
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv