Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Açıq hökumət tərəfdaşlığı platformasının jurnalistlər üçün treninqi

Treninq Açıq hökumət Tərəfdaşlığı Dialoq Platformasının (AHT Platforması) icra etdiyi “Açıq hökumət tərəfdaşlığı platforması fəaliyyətdə” layihəsi çərçivəsində təşkil olunub.

Yenicag.az-ın xəbərinə görə, treninqdə Niderland Krallığı Xarici İşlər Nazirliyi ilə Avrasiya Əməkdaşlıq Fondunun dəstəyi əsasında həyata keçirilən “Açıq hökumət tərəfdaşlığı platforması fəaliyyətdə” layihəsi və Açıq hökumət təşəbbüsü haqqında detallı məlumat verilib.

Tədbirdə giriş sözü deyən AHT Platformasının koordinatoru Əliməmməd Nuriyev həyata keçirilən layihə və ölkədə Açıq hökumət tərəfdaşlığı barəsində ətraflı danışıb.

O, bu istiqamətdə həyata keçirilən fəaliyyəti qiymətləndirərək, pozitiv və neqativ məqamları, onları doğuran səbəbləri qeyd edib. Nuriyevin sözlərinə görə, Platformanın hazırladığı və qarşıdakı iki həftə müddətində hökumətə təqdim edəcəyi təkliflər zərfində parlamentdə büdcə müzakirələrində vətəndaş cəmiyyəti üzvlərinin iştirakı da nəzərdə tutulub.

Treninqdə çıxış edən Niderland Krallığının Azərbaycandakı səfiri Onno Kervers bildirib ki, ölkəsinin bu tip layihələrə dəstək verməsində əsas amil ikitərəfli siyasi münasibətlərin yüksək səviyyədə olmasıdır.

Diplomatın sözlərinə görə, Azərbaycan hakimiyyətinin Açıq hökumət platformasına müsbət yanaşması bu təşəbbüsün uğurla həyata keçirilməsinə əlverişli şərait yaradır. Səfir əlavə edib ki, Azərbaycan gənc dövlət olmasına baxmayaraq, ölkədə Açıq hökumət tərəfdaşlığı ilə bağlı müəyyən qanunvericilik bazası yaradılıb.

Sözügedən layihənin koordinatoru Sabit Bağırov isə diqqəti layihə çərçivəsində görülən işlərə yönəldərək, bu fəaliyyətə gərgin əmək sərf edildiyini vurğulayıb. Çıxışında Açıq hökumət tərəfdaşlığına yönələn beynəlxalq təcrübədən geniş bəhs edən Bağırov onların Azərbaycanda tətbiqi imkanlarını dəyərləndirib. Layihə koordinatorunun fikrincə, Açıq hökumət Platformasının effektivliyində əsas şərtlərdən biri vətəndaş fəallığının təmin olunmasıdır.

“Konstitusiya” Araşdırmalar Fondunun vitse-prezidenti Zaur İbrahimli isə öz çıxışında AHT Platformasının 2017-20-ci illəri əhatə edən Strateji Fəaliyyət Planını təqdim edərək, hazırlanmış sənədin əsas istiqamətlərini açıqlayıb.
Treninqdə Açıq hökumət tərəfdaşlığı ətrafında geniş müzakirə aparılıb.

A.Zeynalov
Yenicag.az

www.yenicag.az

749
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100