!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Açıq Hökumət” təşəbbüsü Azərbaycanda

!Reklam – Yazi

“İnformasiya, Təhlil və Planlaşdırma” İctimai Birliyi “Açıq Hökumət Təşəbbüsünün Azərbaycanda tətbiqinə media dəstəyi: mövcud durum və gözləntilər” mövzusunda dəyirmi masa keçirib.

Yeniçağ.az – ın əməkdaşının verdiyi məlumata görə, tədbir Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə keçirilib. Tədbirdə çıxış edən Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının koordinatoru Əliməmməd Nuriyev deyib ki, Açıq Hökumət təşəbbüsünə Azərbaycan 2011-ci ildə qoşulub. Onun sözlərinə görə, bu təşəbbüsün əsas elementlərindən biri mediadır:

“Çünki media Açıq Hökumət məsələsində görülən işlərin çatdırılmasında, təşəbbüslərin dəstəklənməsində özünəməxsus yer alır. Artıq Açıq Hökumət təşəbbüsü ilə bağlı starteq.az saytında əlavə bir səhifə açılıb. Hər kəs bu təşəbbüsə qoşulmaq ücün öz fikir və rəylərini burada rahat şəkildə qeyd edə bilər. Toplanan təkliflər hökumətə təqdim ediləcək. Bu vasitə ilə demokratik islahatların aparılmasına öz töhfəmizi verə bilərik”.

QHT-lərə Dövlət Dəstəyi Şurasının nümayəndəsi Rauf Məcidbəyli qeyd edib ki, vətəndaş cəmiyyəti baş verən hadisələrə aktiv şəkildə qoşula bilir. Onun sözlərinə görə, bir çox layihələrdə dövlət qurumlarının tərəfdaşı kimi çıxış edir:

“Qeyd edim ki, şuranın yeni saytı hazırlanıb və burada QHT-lərin fəaliyyəti, müsabiqələr və digər məsələlərlə bağlı şəffaflıq tam əksini tapacaq”.

“İnformasiya, Təhlil və Planlaşdırma” İctimai Birliyinin sədri Elxan Şükürlü bildirib ki, bu layihə media ilə QHT-lərin əlaqəsini qurmağa yonəlib. Onun sözlərinə görə, gələcəkdə Açıq Hökumətlə bağlı təkliflər çox önəmli olacaq. Layihənin eksperti Zaur İbrahimli Açıq Hökumət təşəbbüslərində medianın rolu ilə bağlı məruzə ilə çıxış edib.

BƏXTİYAR

Yenicag.az

www.yenicag.az

719
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv