Açıq kosmosa çıxan ilk kosmonavt vəfat etdi

Sovet kosmonavtı Aleksey Leonov 86 yaşında Moskvada vəfat edib.

Yenicag.az xəbər verir ki, bu barədə  Qaqarin adına kosmonavtların hazırlığı mərkəzi məlumat yayıb.

O, oktyabrın 15-də Mıtişidəki memorial qəbiristanlıqda dəfn olunacaq.

Qeyd edək ki, sınaqçı-pilot, kosmonavt olan Aleksey Leonov açıq kosmosa çıxan ilk insan olmuşdu. O, açıq kosmosda 12 dəqiqə 9 saniyə qalıb.