!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Açıq məkanlardakı 1 322 reklamda Azərbaycan dili ilə bağlı nöqsanlar aşkarlandı

!Reklam – Yazi

Bu ilin 6 ayında açıq məkanlardakı 1 322 reklamda “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunun tələblərinin pozulması, 1 329-unda isə estetik görünüşə uyğun olmayan halları ilə rastlaşılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Reklam Agentliyindən (ADRA) məlumat verilib.

Bildirilib ki, açıq məkanda reklamlarla bağlı qanunvericiliyin tələblərini pozmuş 2 689 sahibkara icrası məcburi olan xəbərdarlıq verilib, 205 iş baxılması üçün məhkəmələrə göndərilib.

“Ötən müddət ərzində ADRA-nın 1412 Çağrı Mərkəzinə ümumilikdə 1 820 müraciət daxil olub. Edilən müraciətlərin əksəriyyəti açıq məkanda reklam yerləşdirmək üçün prosedur qaydaları, eləcə də dövlət rüsümu və yayım haqlarının hesablanması ilə bağlıdır” – məlumatda qeyd olunub./Report/

www.yenicag.az

100
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv