Açıq-saçıq fotoları yayılan aktrisa: “Kişilər yazır ki, çox seksualsan” – FOTOLAR

Cazibədar aktrisa Gülşən Hüseynli şəxsi həyatı ilə bağlı açıqlamalar verib.

Əkscinsin nümayəndələri tərəfindən sevgi təklifləri aldığını deyən aktrisa Yenicag.az-a açıqlamasənda onların çoxunu cavabsız qoyduğunu bildirib:

“Sosial şəbəkələrdə fotomu paylaşmağımı gözləyirlər, o saat başlayırlar komplimentlərə. Hələ o şəkil biraz açıq-saçıq olsa, lap dəli olurlar. Kişilər yazır ki, çox cazibədarsan, çox seksualsan, gözəl ayaqların var, baxışların adamı yoldan çıxarır. Mənimlə sevgili olmaq istəyirlər. Onlara elə gəlir ki, pulludurlarsa, deməli, məni əldə edə biləcəklər. Heç də belə deyil. Oğlan gərək mənim ürəyimə yata ki, onunla sevgili olum. Seçdiyim kişi mütləq diqqətli, mehriban, alicənab olmalıdır”.

Özünü gözəl qadın sayan aktrisa qadınların ona paxıllıq etdiyini deyib:

“Uzunboy və uzunayaqlı olmağımı çoxları həzm edə bilmir. Paxıllığımı çəkən qadınların sayı həddən artıq çoxdur. Hətta yanımda durub şəkil belə çəkdirmək istəmirlər. Açıq şəkildə etiraf edirlər ki, yanında kompleksə düşürük. İndi günah məndə deyil ki, Allah məni belə gözəl yaradıb”.

Cəvahir
Fotolar: Cəmalə

COP29