Reklam

Reklam

Hər zaman açıq-saçıq geyimləri ilə gündəmə gələn gənc aktrisa Ülfət Bəşirli erotik səhnələrə münasibətindən danışıb.

Yenicag.az-a açıqlama verən aktrisa yalnız bir şərtlə açıq-saçıq səhnələrə çəkiləcəyini bildirib:

“Əlbəttə, qonorarın məbləği də önəmlidir. Amma bundan da vacib olan filmin bir peşəkar tərəfindən ərsəyə gəlməsidir. Əgər həmin filmin rejissoru professional insan olarsa, onda mən də erotik səhnəyə çəkilərəm”.
Ülfət insanların “18+” filmlərə olan marağından da danışıb:

“Qadağa qoyulan, ayıb sayılan səhnələrə həmişə maraq güclü olur. Bizdə də elədir, tamaşaçı afişada “18+” yazısı görən kimi kinoteatra axışır”.

Aktrisa oynamaq arzusunda olduğu obrazlardan da danışıb:

“Ruhi xəstə obrazında çıxış etmək istəyirəm. Çətin xarakterdir deyə, mənə həmin rolu yaratmaq maraqlı gəlir”.

Aktrisa evlənərkən, onu olduğu kimi qəbul edəcək oğlana üstünlük verəcəyini deyib:

“Elə bir kişi lazımdır ki, məni olduğum kimi qəbul etsin, dəyişməyə çalışmasın. Bax, o cür insanla ailə quraram”.

Cəvahir

Foto – Cəmalə Əlizadə

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 4841
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.