Türkiyənin tanınmış teleaparıcısı Acun İlicalı yeni televiziya kanalı alıb.
Bunu “Hürriyət” qəzetinin köşə yazarı İzəddin Çapa bildirib: “Hamı Acunun “TV 8″i almasından danışır. Amma o, səssiz-səmirsiz daha bir kanal alıb. Bu yeni kanalında koreyalılarla şərikdir. Kanalın adı “MNG Sopping”dir”.
İzəddin Çapa köşəsində Acun İlicalının yeni kanal almasına dair iddialarına bu cür davam edib: “Adından göründüyü kimi alış-veriş kanalıdır. Məhmət Nazif Günal bu kanalı keçən il koreyalılarla şərik olaraq yaradıb. Nazif “TV 8” satan zaman “MNG Shopping”dəki hissələrini də Acuna təhvil verib. Ancaq Acun “MNG Shopping”in kiçik ortaqlarındandır. Cəmi 40% hissəsi var. İdarəçilik isə ticarət işini çox gözəl bilən koreyalıların əlindədir. Yenə də fərq yoxdur. Çünki nəticədə Acun bir daşla iki quş vurdu. “TV 8″i alan zaman yanında alış-veriş kanalına da sahib oldu. Çox qısa müddətdə iki kanallı bir media kapitanı oldu”.