Acun Ilıcalı “Hull City”ni satın aldı

Türkiyənin tanınmış şoumeni və teleprodüseri Acun Ilıcalı İngiltərənin futbol klubu “Hall City”ni aldığını rəsmən açıqlayıb.

Yenicag.az xəbər verir ki, “İngiltərə çempionatında çıxış edən “Hull City” komandasını aldım. Buradakı bütün azarkeşlərimizə və tamaşaçılarımıza səslənirik. “Hull City”nin “Instagram” hesabını izləməyinizi istəyirik”, -deyə o, bəyan edib.

Qeyd edək ki, prodüserin canlı yayımda etdiyi etirafdan sonra klubun “Instagram”dakı izləyicilərinin sayı 291 mindən 411 minə yüksəlib. (Haber Global)