Acundan qızına 900 minlik ad günü hədiyyəsi – FOTOLAR

Türkiyənin məşhur aparıcısı Acun Ilıcalı ad günü münasibətilə qızı Banuya 2018-ci il istehsalı cip alıb.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, TV8 telekanalının sahibi, məşhur aparıcı Acun Ilıcalının 28 yaşlı qızına bağışladığı avtomobilin qiyməti nə az, nə çox – düz 900 min lirədir.

Xatırladaq ki, Banu Acunun birinci həyat yoldaşı Seda Başbuğdan olan qızıdır.

Bana yeni maşını ilə ilk olaraq atasını gəzdirib.

Qeyd edək ki, Acunun indiki həyat yoldaşı Şeyma Subaşı Banu Ilıcalı ilə yaşıddır.