Acunun ailəsi ölümlə üz-üzə gəldi – VİDEO – Yenicag.Az

Reklam

Reklam

Tanınmış aparıcı Acun İlıcalının keçmiş həyat yoldaşı və qızları ölüm təhlükəsi ilə üzləşiblər.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, Acun İlıcalının keçmiş həyat yoldaşı Zeynep Yılmaz, qızları Leyla və Yasemin İlıcalı Bodrumda gəmi ilə qısa tura çıxmaq istəyiblər. İçərisində 8 nəfərin olduğu gəmi limandan aralandıqdan bir müddət sonra batmağa başlayıb. Ətrafdakılar gövdəsinə su dolan gəminin köməyinə çatıblar.

32 yaşlı köməkçi kapitan Dursun Ali Kılıç gəminin fırtına səbəbi ilə 3 gündür limandan ayrılmadığını deyib. Onun sözlərinə görə, xoşbəxtlikdən gəmi limandan çox uzaqlaşmayıb, əks təqdirdə onları xilas etmək çətin olacaqdı.

Xatırladaq ki, Acun İlıcalı Zeynep Yılmazdan ayrıldıqdan sonra gənc sevgilisi Şeyma Subaşı ilə ailə həyatı qurub.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 763
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."