Acunun kollektivi Dominikanda silahlı hücuma məruz qaldı: Operator öldürüldü

Türkiyəli məşhur aparıcı Acun Ilıcalının müəllifi olduğu “Survivor” verilişinin operatoru Dominikanda qətlə yetirilib.

Yenicag.az xəbər verir ki, 24 yaşlı Alper Baycın bir qrup cinayətkarın hücumuna məruz qalıb. Tərəflər arasındakı dava zamanı operator silahlı hücum nəticəsində dünyasını dəyişib.

Bu barədə məlumatı Acun Ilıcalı öz “Instagram” hesabından yayıb. O, bu sözləri qeyd edib:

“Dəyərli iş yoldaşımız, gənc qardaşım Alper Baycını xain bir hücum nəticəsində itirdik. Yaşadığımız acı və üzüntünü sözlə ifadə edə bilmirəm. Ailəsinə və sevdiklərinə başsağlığı və səbr diləyirəm. Məkanın cənnət olsun, Alper qardaşım”.

COP29