Bildiyimiz kimi, dünyanın hər yerində ad günlərində tort kəsilir, şam üfürülür. Bu ənənə artıq yüz illərdir ki, davam edir.
Bəs bunun səbəbi nədir? Niyə ad günlərində tort və şamlardan istifadə edilir?
Yenicag.az ad günlərinin tarixini təqdim edir.
Şam üfləmənin tarixi çox qədim adət-ənənələrdən bu günə kimi gəlib çıxır. Bu adət ilk dəfə qədim Misirdə tətbiq edilib. Qədim Misirdə kralların ad günü şənliklərində üzəri şamlarla bəzədilmiş tortlar süfrələrə qoyulub. Daha sonra bu adət qədim Yunanıstana siraət edib. Belə ki, Yunanıstanda tanrı Artemisə ibadət etmək məqsədilə tortlar bişirilib üzərinə yanan şamlar qoyularaq onun adına ithaf edilib.
Daha sonra isə antik dövrlərdə insanlar evlərini narahat edən pis ruhları qovmaq üçün şam yandırırdılar. Həmin dövrün inancına görə, üzərində şam olan tortlar evdəki mənfi enerjiləri uzaqlaşdırır. Bu inanc 18-ci əsrdə almanlar arasında da yayılıb.
Başqa bir inanca görə, şam üfürmək ay işığını təmsil edib və tanrıya daha yaxın olmaq üçün bunu etmək lazımdır. Bütün bunlar əsrlərdir davam edir, hal-hazırda da dünya ölkələrində ad günü keçirərkən tortun üzərinə şam qoyulur, üfürülür.
Şahanə Paşa