Ad gününün sabahı ölən 20 yaşlı tələbə – FOTOLAR

Azərbaycan Pedaqoji Universitetinin Quba filialının 20 yaşlı tələbəsi Xankişi Nizami oğlu Mirzəli xəstəxanaların birində əməliyyat olunduqdan sonra vəfat edib.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, ürəyindəki problemlərə görə, bıçaq altına uzanan Xankişinin əməliyyatı uğurlu keçib. O, əməliyyatdan sonra palataya köçürülüb. Lakin sabahı gün gözlənilmədən dünyasını dəyişib.

Əldə olunan məlumata görə, Xankişinin ürəyindəki problem anadangəlmədir. O, bir-neçə il əvvəl – IX sinifdə oxuyarkən də əməliyyat olunub.

Özündən başqa 3 qardaşı olan 20 yaşlı tələbə evin ən kiçik övladı imiş.

Qeyd edək ki, Xankişi Mirzəli 17 dekabrda dünyaya gəlib. Mərhum gəncin ölümü də doğum tarixindən bir gün sonraya təsadüf edib.

EMİN SƏFƏROV