!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Adam 17 il nazir işləyib, ayıbdır axı...” – Millət vəkilindən Fazil Məmmədova dəstək

!Reklam – Yazi

“İstənilən şəxs barəsində belə materialların yayılması nə əxlaqa, nə də qanunlara sığır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında keçmiş vergilər naziri Fazil Məmmədovun içkili vəziyyətdə telefon danışığının yayımlanmasına münasibət bildirən millət vəkili Vahid Əhmədov deyib:

vahid_axmedov“Mən bu halı pisləyirəm. Kiminsə telefon danışığını o formada mediada yaymaq doğru deyil. Bu, nə mənəviyyata, nə də qanunlara sığır.

Fazil Məmmədov vəzifədən azad olunsa da, adam 17 il vergilər naziri işləyib, ayıbdır axı… Ölkənin müasir vergi sisteminin qurulması onun adı ilə bağlıdır. Mən bunu bir iqtisadçı kimi deyirəm.

Ümumiyyətlə, nəinki Fazil Məmmədov haqqında, istənilən şəxs barəsində belə materialların yayılması yolverilməzdir.
Unutmayaq ki, bura Azərbaycandır. Hansı ölkədə yaşadığımızı, hansı milli dəyərlərimizin olduğunu yaddan çıxartmamalıyıq”.

A. Zeynalov

www.yenicag.az

5072
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv