Adana bir gecədə 3 dəfə silkələndi

Adananın Kozan rayonunda 4,6 bal gücündə zəlzələ baş verib. 7 km dərinlikdə baş verən zəlzələdən sonra 4,5 və 4 bal gücündə iki afterşok baş verib.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) məlumat yayıb.

Vətəndaşların çaxnaşma içində küçələrə çıxdığı zəlzələ ilə bağlı açıqlama verən daxili işlər naziri Ali Yerlikayanın sözlərinə görə,  “heç bir neqativ hal yoxdur”.

COP29