Türkiyənin Adana və Balıkesir vilayətlərində meşə yanğını başlayıb.
Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanğınların səbəbi məlum deyil. Hazırda hər iki yanğının söndürülməsi istiqamətində işlər görülür.
Hadisə yerlərinə yanğınsöndürən maşınlar və helikopterlər cəlb olunub.