Addım-addım ölümsüzlüyə doğru: Uzun ömür geni bir canlıdan digərinə uğurla köçürüldü

Elm adamları uzun ömür genini bir canlıdan digərinə uğurla köçürüblər.

Yenicag.az xəbər verir ki, bu barədə məqalə “Nature” elmi jurnalında dərc edilib.

Məqalədə uzun zamandır çılpaq kor siçanlar üzərində aparılan araşdırmanın nəticəsi olaraq uzun ömür geninin başqa siçanlara uğurla köçürüldüyü vurğulanıb.

Qeyd olunub ki, kor siçanlardakı inkişaf etmiş hüceyrə yenilənməsini həyata keçirən genin siçanlara uğurla köçürülməsi nəticəsində onların yaşam zamanlarında 5 faizlik artım müşahidə edilib.

Elm insanları bu elmi nailiyyətlərin daha da inkişaf etdiriləcəyini vurğulayıblar.