!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Addım-addım parçalanmağa doğru: "İndiki məqamda İranın varlığı belə..."

!Reklam – Yazi

“İranın parçalanmasının regiona nə qədər təhlükəli olub-olmayacağını göstərən amillər isə növbəti dövrün verəcəyi nəticədir”.

Bunu İranın parçalanması ehtimalından danışan politoloq Samir Hümbətov Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, İranın parçalanma prosesinin baş vermə ehtimalı yüksəkdir:

“Kürdlər, ərəblər, cənubi azərbaycanlılar və digər etnik qruplar öz bölgələrini yarada bilər. İranın parçalanması tətbiq ediləcək sanksiyalardan, müharibə təhlükəsindən asılıdır. Müharibə başlansa, İranın parçalanması real ola bilər.

İran nüvə silahını əldə etməyə çox yaxındır. Bu, regiona təhlükədir. Terroru dəstəkləyən dövlətlər sırasında ilk yerdə duran İranda nüvə silahı terrorçu qruplaşmaların əlinə keçə bilər. Əsas narahatlıqlardan bir məhz budur. İran tutduğu yoldan geri çəkilməsə, yeni müharibə qaçılmaz olacaq.

İranın parçalanmasının regiona nə qədər təhlükəli olub-olmayacağını göstərən amillər isə növbəti dövrün verəcəyi nəticədir. İndiki məqamda İranın varlığı belə regionda ciddi təhlükə və təhdid yaradır. Çünki İran terroru ixrac və idxal edən ölkələr sırasındadır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

366
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv