!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Adekvat olmayan çərçivənin yaradılması QHT sektoruna ciddi əngəl törədəcək” - Azay Quliyev

!Reklam – Yazi

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) nağdsız bank əməliyyatlarının aparılması ilə bağlı verdiyi qərarın QHT sektorunda yaratdığı ciddi narahatlıqdan xəbərdaram və bununla bağlı artıq QHT-lərə Dövlət Dəstəyi Şurasının ekspertlərinə vəziyyətlə bağlı arayış hazırlamasını tapşırmışam.

Bu fikri Gununsesi.info-ya Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev deyib.

Onun sözlərinə görə, vəziyyət araşdırıldıqdan sonra məsələ ilə bağlı konkret mövqe bildiriləcək.

“Hesab edirəm ki, əgər belə bir məhdudiyyət yaradılıbsa, bu, mütləq aradan qaldırılmalıdır. Ümumiyyətlə, bu gün bizim fəaliyyətimizə adekvat olmayan çərçivənin yaradılması bütövlükdə sektorun işinə çox ciddi problem yaradacaq. Ona görə də düşünürəm ki, məsələyə yenidən baxmalıyıq. Ancaq yenə deyirəm, məsələnin detallarını öyrənməliyik”- deyə, A. Quliyev vurğulayıb.

A.Quliyev bildirib ki, nağdsız əməliyyatların aparılması ilə bağlı minimum həddin aradan qaldırılması heç vaxt qəbul edilə bilməz və bu, onların fəaliyyətinə ciddi təsir göstərəcək.

“Adekvat olmayan məhdudiyyət aradan qaldırlmalıdır”- deyə, Şura rəhbəri bildirib.
Şura sədri əlavə edib ki, heç dünyada da belə bir praktika mövcud deyil.

“3-5 manatlıq maliyyə əməliyyatı bank vasitəsi ilə həyata keçirilsin. Biz bununla bank vasitəsi ilə nağdsız əməliyyatların keçirilməsinə qarşı çıxmırıq. Biz sadəcə, kiçik həcmli nağdsız bank əməliyatlarının aparılmasını düzgün hesab etmirik. Təbii ki, maliyyə şəffaflığının təmin edilməsi üşün iri həcmli maliyyə vəsaitlərinin bank vasitəsi ilə həyata keçirilməsi vacidbdir və bunu dəstəkləyirik. Ancaq kiçik həcmli maliyyə vəsaitlərinin nağdsız həyata keçrilməsi məsələsinə yenidən baxılmalıdır və burada müəyyən bir ortaq mövqeyə gəlinməlidir”- deyə, A. Quliyev bildirib.

Yeniçağ.az

www.yenicag.az

585
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv