Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Adi avtomobilindən daha ucuz "Cybertruck" - İstehsal xərci hesablandı

Keçən ilin noyabr ayının sonunda Tesla şirkəti qeyri adi dizayna sahib “Cybertruck” adlı elektrikli pikap modelini təqdim edib. Həmin vaxtda elektromobilin qeyri adi dizaynı bir çoxlarını təəccübləndirmiş və maraqlarını cəlb etmişdi.

Yenicag.az “Electrek”ə istinadən xəbər verir ki, Sandy Munro adlı mütəxəssisin fikrincə bu cür qeyri adi dizayn heç də təsadüfi yaradılmayıb. Onun sözlərinə görə sözügedən dizayn Tesla şirkətinə Cybertruck-ın istehsalında milyonlarla dollar vəsait qənaət etməyə yardımçı olacaq.

Mütəxəssisin sözlərinə əsasən adi avtomobillərin gövdələrinin istehsalat texnologiyası ilə müqayisədə Tesla Cybertruck-ın gövdəsinin hazırlanma texnologiyası daha ucuz başa gəlir. Belə ki, ekzoskelet əsaslı platformadan və ultranazik paslanmaz poladdan istifadə istehsalat xərclərini aşağı salır. Bu məsələdə mütəxəssis növbəti misalı gətirib:

50.000 ədəd Ford F-150 pikap modelinin istehsalına 210 milyon dollar tələb olunursa, 50.000 ədəd Tesla Cybertruck-ın istehsalına 30 milyon dollar vəsait tələb olunacaq. Təbii ki, bu vəsait göstəricisinə yalnız istehsalat prosesi daxildir. Elektromobilin istehsalı üçün olan materialların qiymətləri bura daxil deyillər. Elon Musk özü şəxsən mütəxəssisin analizini qiymətləndirib. Musk qeyd edib ki, mütəxəssisin analizlərində həm doğru olan həm də doğru olmayan məqamlar var.

www.yenicag.az

404
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
MARGIN-BOTTOM