!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Adı intim qalmaqalda hallanan futbolçumuzu cəza gözləyir - Foto

!Reklam – Yazi

Bir vaxtlar adı seks qalmaqalında hallanan futbol üzrə millimizin və “İnter” (Bakı) klubunun oyunçusu Pərdis Fərcad Azad növbəti qalmaqala səbəb olub.

Yeniçağ.az-ın əldə etdiyi məlumata görə, futbolçu hazırda üzvü olduğu kluba xəbərdarlıq etmədən özünə yeni iş yeri axtarmağa başlayıb. Belə ki, onun Türkiyədən iki klubla danışığa başladığı bildirilir. Hətta həmin klubların birindən baxışdan keçdiyi də qeyd edilib. Bundan xəbər tutan “İnter” rəhbərliyi onun üçün cəza tətbiq edəcək. Futbolçunun xəbər vermədən belə iş görməsi onun klubdan uzaqlaşması ilə də nəticələnə bilər. Yaxın zamanda onun cəzası açıqlanacaq. Aldığımız digər məlumata görə, hazırda fubolçu komandanın heyətində deyil. Məlumatda o da bildirilib ki, futbolçu bu addımı klubun bağlana bilməsindən ehtiyat etdiyi üçün atıb. Belə ki, sponsorsuz qalan klubun ya liqadan düşəcəyini, ya da fəaliyyətini dayandıracağını düşünüb.

Xatırladaq ki, ötən il “İnter”in və millimizin üzvü Pərdis Fərcad-Azadla bağlı şok faktlar və görüntülər ortaya çıxmışdı. Belə ki, alman model Cina-Liza Lofink 4 il öncə Berlin məhkəməsinə müraciət edib. Həm də aktrisalıq edən 30 yaşlı xanım iki nəfərin ona təcavüz etdiyini bildirib. Həmin şəxslərdən biri kimi də Pərdisin adını qeyd edib. O vaxtdan başlanan proses bu yaxınlarda başa çatıb. Məhkəmənin qərarına görə, futbolçumuz 2000 avro məbləğində cərimələnib.

Yeniçağ.az

www.yenicag.az

620
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv