!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Adı “Qırmızı Kitab”a daxil olan bir neçə heyvan təbiətə buraxıldı

!Reklam – Yazi

Vətəndaşların müracətləri əsasında yaşayış məntəqələrinə yaxınlaşan vəhşi heyvanlar götürülərək, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşları tərəfindən müvafiq təbiət ərazilərinə buraxılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Ağstafa rayonunda yerləşən iaşə obyektindən götürülən iki baş canavar Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasında reabilitasiya keçdikdən sonra Şirvan Milli Parkında vəhşi təbiətə qaytarılıb.

Bakı şəhərinin yaşayış məntəqələrinə yaxın ərazilərdən götürülən bir baş tülkü və “Qırmızı Kitab”a daxil olan bir ədəd adi soltanquş isə Abşeron milli parkının əməkdaşları tərəfindən vəhşi təbiətə buraxılıb.

www.yenicag.az

562
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv