Reklam

Reklam

Bildiyiniz kimi, AFFA İntizam Komitəsinin dünənki iclasında “danışılmış oyunlar”da iştirak edən futbol subyektləri ilə bağlı sərt qərarar qəbul edilib. 9 futbolçunun “danışılmış oyunlar”da iştirakı qismən sübut edildiyinə görə onlara 2016/17 futbol mövsümünün sonuna qədər (1 ay) futbola aid hər bir məşğuliyyət qadağan edilib.

Adı qumarda hallanan futbolçulardan biri də “Rəvan”ın oyunçusu Cəmşid Məhərrəmovdur. O, mövsümün sonuna qədər futboldan uzaqlaşdırılıb.

C. Məhərrəmov məsələ ilə bağlı Yeniçağ.az-a danışıb.

– Nəyə görə sizin adınız “danışılmış oyunlar”da hallanır?

– Mənim adımın o siyahıya düşmə səbəbi “Şəmkir”lə oyunda matçın cavan baş hakiminə dediyim söz olub. Ona dedim ki, oyunu düzgün idarə et. Özüm də şokdayam ki, bu, necə ola bilər? Dünən dedilər ki, oynaya bilərsiz, bu gün belə qərar çıxdı. Nə məsələdir, bilmirəm. Halbuki, həmin oyunla bağlı şikayət də yoxdur. Mənimlə kimin nə ədavəti var, bilmirəm.

– Bəs harasa şikayət etməyi düşünmürsüz?

– Kimdən kimə şikayət edim? Əgər hakimə belə dediyimə görə, mənim adımı o siyahıya salıblarsa necə və hara şikayət edə bilərəm? Mən o sözü oyunun gedişatında demişəm. Həmin sözü deyəndən 25 dəqiqə sonra 11 metrlik cərimə zərbəsi oldu. Mənə deyirlər ki, sən hakimə elə onu işarə edirdin. Deyirəm elə işarə vermək olur? Susurlar. Artıq mövsümün bitməyinə 5 oyun qalıb.

AFFA-nın İntizam Komitəsinin üzvlərindən soruşdum ki, mən şübhəli nəsə etmişəm? Cavab verdilər ki, oyununda heç bir şübhəli məqam yoxdur. Sadəcə, hakimə demisən ki, nəyi görürsən, onu ver.

– Mətbuata açıqlamanızda demisiz ki, “”AFFA-da deyirlər, “Rəvan”da maaş verilmir, orada nə gəzirsiz?”. Bunu sizə nə vaxt və kim deyib?

– Bəli, mənə elə AFFA-da, həmin İntizam Komitəsində bu sualı verirlər. Mən də onlara dedim ki, futbola görə ordayam. Formada qalmaq üçün…

– Bəs bir futbolçunu qumarda günahlandırmaqla əllərinə nə keçə bilər axı? Bəlkə hansısa prinsip var?

– Allaha and olsun ki, mən də sizin kimi, niyə belə edirlər anlamıram. Mənə də çox maraqlıdır. Halbuki, 6 oyun keçirtmişik. Bunlardan ikisi məğlubiyyət, 3-ü qələbə ilə bitib. Birində isə bərabərlik olub.

– AFFA-dakılara əslində məsələnin necə olduğunu anlatmağa çalışdınız?

– Yüz dəfə dedim, nə xeyri?! Dinlədilər, amma bildiklərini etdilər. Bunu hamı da bilir…

– Sizdən başqa komanda yoldaşınız Elvin Əliyevin də “danışılmış oyunlar”da adı çəkilir. O da sizin ki, “qurban” seçilib, ya başqa məsələ var?

– Bilirəm ki, Elvin də elə hərəkət etməz. Çünki onunla illərdir bir klubda oynamışıq.

– Bir ay klubsuz, futbolsuz qalacaqsız. Bu vaxt ərzində nə işlə məşğul olmağı düşünürsüz?

– Heç bir şey. Fərdi məşqlərimi davam edib, formada qalmağa çalışacam.

– Başqa klublardan təklif var?

– Təklif mövsüm sonu gələr. Ona da hələ bir ay var. Onsuz da mövsümün sonuna qədər gedib hansısa komandada oynamaq fikrim yoxdur.

 

Aygün İlqarqızı
Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 60
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.