Adi suyun qan təzyiqinə şokedici TƏSİRİ

Təzyiqin qalxmaması üçün sutkada 1 litr təmiz su içmək lazımdır.

Yenicag.az xəbər verir ki, mütəxəssislər bura digər içkilərin aid olmadığını qeyd edib.

Bildirilib ki, orqanizdə maye, su qıtlığı təzyiqin artmasına səbəb olur. Buna görə də, təzyiqi yüksələnlər mümkün qədər adi, təmiz su qəbulunu artırmalıdır.

Orqanizmdə su çatışmadığını qanın hematokrit analizi ilə bilmək olar. Əgər hematokrit yüksək çıxarsa, su qəbulu artırılmalıdır.

Gün ərzində 1 litr, 1 litr 200 ml su içilərsə, təzyiq tədricən normaya düşəcək. E

Hipertoniklər arasında yanlış inanc var ki, su çox içəndə ürək qanı qova bilmir, ayaqlar şişir və əksinə təzyiq qalxır.

Bəli, bu baş verir, bu o halda olur ki, xəstə həddən artıq çox duz və duzlu qidalar, şoraba və s. yeyir.

Əgər siz çox su içdikdə şişirsizsə, bu elə sizin duz məsələsində səhv etdiyinizi göstərir və deməli, duzu azaltmalısız.

COP29