!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Adı yarım milyonluq dələduzluqda hallanan iş adamı kimdir?

!Reklam – Yazi

Azərbaycanlı məşhur iş adamının adı yarım milyon dollarlıq dələduzluqda hallanır.

Yenicag.az xəbər verir ki, Bakı şəhər sakini 1965-ci il təvəllüdlü Nəsimi Dadaşov hüquq-mühafizə orqanlarına müraciət edərək, 2015-ci il tarixində Ağcabədi rayon sakini Mülhazil Balakişiyevin ondan 500 min ABŞ dolları aldığını bildirib.

M.Balakişiyev tanınmış iş adamıdır. Bəzi məlumatlarda onun “Atena” süd məhsulları kombinatının təsisçisi və “Fərhad-91” yun emalı müəssisəsinin sahibi olduğu bildirilir.

Məsələ ilə əlaqədar “Atena” süd məhsulları kombinatı ilə əlaqə saxladıq. Kombinatdan Yenicag.az-a verilən açıqlamada Mülhazil Balakişiyevin “Atena”nın təsisçisi olmadığı bildirildi:

“Kombinatın o adda təsisçisi yoxdur. Bura uzun müddətdir ki, Elşad Rəsulov rəhbərlik edir. Mülhazil Balakişiyev ““Ketchi” süd məhsulları firmasının və “Fərhad-91” yun emalı müəssisəsinin sahibidir. Mülhazil müəllim əvvəllər kombinatın tikinti işlərinə köməklik edirdi. Ola bilər ki, adı buna görə hallanır”.

Faktla bağlı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.

Elvin Paşazadə

www.yenicag.az

2173
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv