ADIF-nin yeni icraçı direktoru kimdir?

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru təyin edilmiş Tural Qüdrət oğlu Piriyev kimdir?

O, 2006-2007-ci illərdə hazırda ləğv prosesində olan “Atabank” ASC-də, 2007-2012-ci illərdə isə “PAŞA Holdinq” MMC-də hüquqşünas kimi çalışıb, eləcə də 2011-2012-ci illərdə holdinqə daxil olan “PAŞA Həyat Slğorta” ASC-nin Audit Komitəsinin sədri, 2012-2014-cü illərdə isə yenə də bu holdinqin strukturu olan “Kapital Bank” ASC-nin Hüquq departamentinin direktoru olub.

O həmçinin 2011-2013-cü illərdə Azərbaycan Gimnastika Federasiyasında çalışıb.

T.Piriyev 2016-ci ilin aprel ayından indiyə qədər “PAŞA Holdinq”in Türkiyə üzrə ofisinin rəhbəri olub, eyni zamanda 2017-ci ilin mart ayından 3 il 3 ay müddətində “Şeffaf Aparey Ortodonti ve Elektronik San. Tic. A.Ş.” şirkətinin İdarə Heyətində üzv kimi, 2018-ci ilin iyul ayından isə “PD Turizm ve Gayrimenkul A.Ş.” şirkətinin İH sədrinin müavini kimi fəaliyyət göstərib./Report/

COP29