Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Adil Əliyev Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvü olan bir qrup gənc müəllimlə görüşdü

Mayın 5-də Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev və deputat Şahin Seyidzadə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvü olan bir qrup gənc müəllimlə görüş keçiriblər.

Yenicag.az xəbər verir ki, görüşdə parlament sədrinin müavini Adil Əliyev müasir Azərbaycanda gənclər siyasətinin Ulu öndər Heydər Əliyevin adı ilə birbaşa bağlı olmasını, Ümumilli liderin gənclər siyasətinə böyük önəm verməsini, bu gün də gənclərin layiqli və sağlam vətəndaş olaraq yetişdirilməsinin dövlət siyasətimizin əsas tərkib hissəsi olduğunu diqqətə çatdırıb. Bildirib ki, ölkəmizdə gənc nəslin milli-mənəvi dəyərlərimizə uyğun tərbiyə alması, habelə onların təhsilli, müasir elm və biliklərə yiyələnən, əmək bazarının tələblərinə cavab verən yüksək ixtisaslı kadrlar kimi yetişdirilməsi öhdəliyi isə müəllimlərin üzərinə düşür. Xüsusilə də uşaqların, yeniyetmələrin yetişdirilməsində müəllimlərin fəallığı təqdirəlayiqdir.

Vitse-spiker qeyd edib ki, Ulu öndər tərəfindən əsası qoyulmuş gənclər siyasətinin cənab Prezident İlham Əliyev tərəfindən çox böyük uğurla davam etdirilməsi nəticəsində hər il ölkəmizin gəncləri istər yerli, istərsə də dünyanın nüfuzlu universitetlərinə qəbul olunaraq hər birimizi qürurlandırırlar.

Adil Əliyev Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun 30 ilə yaxın əsarət altında olan torpaqlarımızı düşmən işğalından azad etməsindən danışaraq bu qələbənin qazanılmasında Azərbaycan gəncliyinin xüsusi rolunu qeyd edib. Bildirib ki, gənclərimiz həm döyüş meydanında, həm də ölkəmizin haqq səsinin dünyaya çatdırılmasında müstəsna rol oynayıb.

Görüşdə çıxış edən deputat Şahin Seyidzadə ölkəmizdə gənclər siyasətinin hər zaman prioritet istiqamətlərdən biri olmasını vurğulayaraq, gənclərimizin həm ölkə daxilində, həm də xarici ölkələrdə qazandıqları uğurlardan danışıb. Deputat bu sahəyə göstərilən diqqətin nəticəsi olaraq gənclərimizin həm təhsil, həm də idman olimpiadalarında qazandıqları uğurları, ölkəmizi layiqincə təmsil etmələrini qeyd edib. Millət vəkili Azərbaycan gəncliyinin bundan sonra da öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəyinə əminliyini ifadə edib.

Görüşdə Gənc Müəllimlər Assosiasiyasının üzvləri səmimi görüşə görə təşəkkürlərini bildirərək, bu görüşü həm də təmsil etdikləri müəllimlər ailəsinə göstərilən diqqətin nümunəsi kimi dəyərləndiriblər. Söhbət zamanı gənc nəslin vətənpərvər ruhda tərbiyə edilməsində hər bir müəllimin səfərbər olmasının vacibliyi qeyd olunub.

Görüşün sonunda iştirakçıların bir qisminə göstərdikləri xidmətlərə görə Milli Məclisin Gənclər və idman komitəsinin Fəxri Fərmanı təqdim edilib.

 

www.yenicag.az

198
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100