!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Adil Əliyev: "Şəhid və qazi övladları daim diqqət mərkəzindədirlər"

!Reklam – Yazi

Milli Məclisin Gənclər və İdman Komitəsində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə xüsusi karantin rejiminin şərtlərinə uyğun olaraq görüş keçirilib.

Yenicag.az xəbər verir ki, görüşdə şəhid ailəsinin övladları, habelə şəhid ailələri və qazilərlə işləyən media nümayəndələri iştirak ediblər.

Milli Məclis sədrinin müavini Adil Əliyev görüşü açaraq uşaqların layiqli vətəndaş kimi formalaşmasının onların valideynləri ilə yanaşı, hər bir vətəndaşın vəzifəsi olduğunu bildirib.

Azərbaycanda uşaq hüquqlarının qorunmasının, uşaqların rifahının hər zaman prioritet istiqamətlərdən biri olduğunu bildirən sədr müavini Prezident İlham Əliyevin Sərəncamına əsasən 2009-cu ilin ölkəmizdə “Uşaq ili” elan edildiyini diqqətə çatdırıb, habelə uşaqların qayğılarının həllinin hər zaman dövlətimizin başçısının diqqət mərkəzində olduğunu bildirib.

Ümummilli lider Heydər Əliyevin “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır” şüarını rəhbər tutaraq uşaqların yetişməsinə hər zaman xüsusi diqqət ayrılmasını, onların təhsil almalarına köməyin göstərilməsini və inkişaflarının dövlət tərəfindən xüsusi dəstəkləndiyini vurğulayan Adil Əliyev xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilə cəlb edilmələrinin hər zaman diqqət mərkəzində saxlanıldığını bildirib.

Milli Məclis sədrinin müavini, eyni zamanda hər bir uşaq kimi, şəhid və qazi ailələrinin övladlarının da dövlətin xüsusi nəzarətində olduğunu, onların qayğılarının və çətinliklərinin dərhal həlli istiqamətində bütün zəruri addımların atıldığını qeyd edib. Şəhid ailələrinin qayğılarının hər zaman Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzində olduğunu bildirən Adil Əliyev bu ailələrin övladlarına dəstək göstərməyin hər kəsin vətəndaşlıq borcu olduğunu vurğulayıb.

Görüş iştirakçıları səmimi qəbula görə minnətdarlıqlarını bildirib, 10 yaşlı Zəhra İmanlı vətənpərvər şeirləri ilə çıxış edib.

Sonda iştirakçılara Milli Məclisin Gənclər və idman komitəsinin Fəxri fərmanı və hədiyyələr təqdim edilib.

www.yenicag.az

627
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv