Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Adil Öksüz Almaniyada “zühur etdi”: Gülənin sağ əli Frankfurt və Ulmda görünüb

FETÖ terror şəbəkəsinin 15 iyul uğursuz çevriliş cəhdindən sonra həbs olunan, bir qədər keçmiş məhkəmənin qərarı ilə sərbəst buraxılan təşkilatın Hərbi Hava Qüvvələrindəki imamı Adil Öksüzün Almaniyada ola biləcəyini təsdiqləyən yazışmalar üzə çıxıb.

Yenicag.Az Türkiyə mediasına istinadən xəbər verir ki, ötən il çevriliş cəhdindən bir gün sonra – iyulun 16-da məhkəmə zalından azadlığa buraxılan Adil Öksüz iyulun 18-də Ankaradan İstanbula uçub, oradan isə Sakaryaya yollanıb və bundan sonra onun izi itib.

Öksüzün Türkiyəni tərk edib-etmədiyi hələ qəti şəkildə müəyyənləşməyib. Lakin əldə edilən bəzi məlumatlara əsasən, onun Almaniyada yaşadığı iddia olunur.

Ədliyyə Nazirliyi Beynəlxalq Hüquq və Xarici Əlaqələr Baş İdarəsinin Kəşfiyyat və Antiterror İdarələri, Milli İstahbarat Təşkilatı (MİT) və Ankara Cümhuriyyət Baş Prokurorluğuna göndərilən 17 fevral 2017-ci il tarixli sənədə əsasən, bu il fevralın 15-də Ukraynadan Almaniyaya gələn M. M. adlı bir iş adamı Frankfurt Baş konsulluğunun məsul şəxsləri ilə əlaqəyə girərək, FETÖ mənsubu olduğunu bildiyi tanışının xanımını və 3 övladını qarşılamaq üçün Frankfurtdakı “Global Otel”ə getdiyi zaman əlində çemodan olan Adil Öksüzü də orada gördüyünü bildirib. Şahid həmin şəxsin məhz Adil Öksüz olduğuna şübhə etmədiyini deyib.

Həmin məktubda qeyd olunan tarixlərdə Türkiyənin Frankfurtdakı Baş konsulluğunda fəaliyyət göstərən Seçki Əlaqələndirmə Mərkəzində AKP-ni təmsil edən Sedat Kıymetin fevralın 16-da Baş konsul Özkan Durmaza analoji məlumatı verdiyi də əks olunub.

Bundan başqa, bu il aprelin 5-də Türkiyə Ədliyyə Nazirliyi Beynəlxalq Hüquq və Xarici Əlaqələr Baş İdarəsinə zəng vuran T. E. adlı şəxs isə Adil Öksüzü Almaniyanın Ulm şəhərində gördüyünü deyib. Onun sözlərinə görə, Öksüz Ulm şəhərindəki “İdlis Otel Bahnhof” otelində bir neçə həftə qalıb.

Məlumata görə, T. E. Öksüzlə bağlı bu məlumatı İnterpolun Almaniya ofisinə çatdırıb. O, həmçinin Almaniya polisini də Öksüzü görməsi barədə ətraflı məlumatlandırıb.

Yenicag.Az

www.yenicag.az

379
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM