Adil Qeybulla peyvənd olundu

Tanınmış həkim Adil Qeybulla COVID-19 əleyhinə peyvənd olunub.

Yenicag.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.

Həkim paylaşımında hər kəsi peyvənd olunmağa dəvət edib:

“Bu gün Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Korpusunda qrafik üzrə – 28 gün fasilə ilə COVID-19 əleyhinə peyvənd olundum. Peyvənd tərəddüdü olanlara tövsiyəm: “Şayiələrə uymayın, peyvənd olunun. Profilaktika müalicədən çox önəmlidir!”