!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Adil Qeybulladan ÖZÜNÜTƏKZİB: “Bu, falçılıq proqnozu deyil ki…”

!Reklam – Yazi

“Koronavirusun bu qədər davam gətirəcəyini kimsə proqnozlaşdırmırdı. Bu virusun nə vaxt bitməsi ilə bağlı indinin özündə də dəqiq proqnoz verməkdə çətinlik çəkirik. Hər halda, hesab edirəm ki, yay fəslinə yaxın bu proseslə qurtarmalıyıq”.

Bunu bir müddət öncə mart ayında kütləvi immunitetləşmədən sonra yoluxmanın azalacağı və pandemiyanın sona yetəcəyi ilə bağlı verdiyi proqnoza aydınlıq gətirən professor Aqil Qeybulla deyib.

Professor Yenicag.az-a açıqlamasında vəziyyətin dəyişdiyini bildirib:

“Bir çox proqnozların düz çıxmaması insanları xeyli məyus edir. İnsanlar pandemiyadan tez bir vaxtda yaxa qurtarmaq istəyir. Amma bunun üçün də kollektiv immunitetə getməliyik. Bu isə yoluxmalarla baş vermədi. Bəzi insanların təkrar yoluxması da baş verdi, çünki onlarda tam immunitet formalaşmayıb. Buna görə də vaksinasiya da tətbiq olunub. Hər halda, hesab edirəm ki, yay fəslinə yaxın bu proseslə qurtarmalıyıq. Çünki mutasiyalar da davam edir. Hazırda virusun Britaniya ştammı adlanan mutagen forması müşahidə edilir. Yəqin ki, bundan sonra da yoluxma potensialı olacaq. Sonra səngimələr müşahidə ediləcək. Dəqiq proqnoz vermək çətindir. Çünki dünya 100 il öncə “ispan qripi”ndə bu cür pandemiya ilə üzləşib. Bu da növbəti pandemiyadar. Dünya Səhiyyə Təşkilatının özünün də bu virusla mübarizədə dəqiq reseptləri yoxdur. Biz yalnız elmi proqnozlar verə bilirik, falçılıq proqnozları deyil. Elmi proqnoz da budur ki, belə virusların daim mutasiyalara uğraması onları zəiflədir və yavaş-yavaş sıradan çıxarır. Bu proses bir il, ya ilyarım çəkəcək, bunu söyləmək çətindir”.

Cəvahir

www.yenicag.az

862
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv