ADİU-də “Oriyentasiya günü” keçiriləcək

unnamed (7)Sentyabrın 14-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yeni qəbul olunan tələbələr üçün “Oriyentasiya günü” keçiriləcək. Dünya universitetlərində ənənəvi təşkil olunan “Oriyentasiya Günü”nün məqsədi yeni qəbul olunan tələbələri universitet həyatı ilə tanış etmək və əyləncəli, pozitiv gün yaşatmaqdır.

Oriyentasiya günündə saat 10:00-dan 18:00-dək universitet barədə təqdimatlar keçiriləcək, məlumat və bələdçi xidməti fəaliyyət göstərəcək. UNEC-in Karyera Mərkəzi universitet sıralarına yeni daxil olan tələbələr üçün məsləhətlər təşkil edəcək. Həmçinin tələbələrin ifasında musiqili hissə, “Köpük Şou”, əyləncəli oyunlar, stolüstü tennis, rəsm sərgisi də nümayiş etdiriləcək. Tədbirdə peşəkar foto və video xidməti də fəaliyyət göstərəcək.

Tədbir UNEC-in əsas tədris binasında təşkil olunacaq. Məlumat və bələdçi xidməti isə bütün tədris binalarında çalışacaq. Tədbirə UNEC-ə yeni qəbul olan tələbələrlə yanaşı, onların valideynləri və digər qonaqlar da dəvətlidir.